Kapital Bankda özəl vakansiya | Banco.az

Kapital Bankda özəl vakansiya

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Vergi mühasibatlığı üzrə Baş mütəxəssis

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Maliyyə Menecmenti Departamentinin Vergi mühasibatlığı üzrə Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankın vergi uçotunun düzgün təşkili, vergi bəyamnamələrinin hazırlanması və digər vergi məsələlərinin həlli;
  • Daxili mühasibatlıq şöbəsinin apardığı əməliyyatlar üzrə gündəlik uçota nəzarət edilməsi;
  • Ödəniş tapşırıqlarının hazırlanması və icra olunması;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar digər funksiyaların icra edilməsi.

Tələblər

Ən sərfəli kredit üçün müraciət et

  • Ali iqtisadi və ya riyazi sahədə təhsil; 
  • Yüksək analitik düşünmə qabiliyyəti;
  • Dəqiqlik, detallara qarşı diqqətlilik;
  • Tez qavrama qabiliyyəti və özünü inkişafa meyillilik;
  • MS Office proqramları üzrə, xüsusilə MS Excel üzrə yüksək biliklər;
  • Sahə üzrə 2 illik iş təcrübəsi.