Kapital Bank işçi AXTARIR! | Banco.az

Kapital Bank işçi AXTARIR!

Ümumi məlumat
Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentində Satınalma üzrə Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
  • Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • İT avadanlıqlar, proqram təminatı və lisenziyaların təmin olunması üzrə iş təcrübəsinin olması arzuolunandır;
  • Marketinq, reklam məhsulları və yerləşdirmələr üzrə iş təcrrübəsinin olması arzuolunandır;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
  • Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
  • Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi;
  • Satınalma və təchizat sahəsində 3 illik iş təcrübəsi;
  • Yüksək səviyyədə MS Excel və MS Word biliyi.


CV-lərinizi, mövzu hissəsində “Satınalma üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə[email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et