Karyerasını Kapital Bank-da qurmaq istəyənlərə ŞAD XƏBƏR!
Kapital Bank namizədləri Filial Şəbəkəsinin İdarə Edilməsi Departamentinin Satış kanalları şöbəsinin Telemarketinq bölməsinin Kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Müştərilər tərəfindən kredit məhsulları ilə bağlı daxil olan müraciətləri zəng vasitəsi ilə cavablandırmaq
- Müştərilərə kredit məhsullarının satışı məqsədi ilə “soyuq” satış zəngləri etmək
- Bankın sosial şəbəkələrdəki səhifələrinə kredit əldə etməklə bağlı müraciət edən müştərilərə zəng etmək
- Potensial müştəriləri təhlil edir və rəsmiləşdirilə biləcək kredit məhsulu və kredit məbləğini müəyyən etmək
- Potensial müştəriləri Bankın filiallarına yönləndirir və kredit verilməsi prosesini sona qədər təqib etmək
- Müştərilərə müxtəlif sorğuların keçirilməsi məqsədi ilə zənglər etmək və s.
Tələblər
- Ali təhsil
- Əla ünsiyyətqurma və izahetmə qabiliyyəti
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydındiksiya, detallara diqqət yetirmək qabiliyyəti
- MS Office proqramları üzrə biliklər
- Komanda tərkibində işləmək bacarığı
- Əla səviyyədə Azərbaycan və Rus dili biliyi
CV-lərinizi, mövzu hissəsində “Telemarketinq bölməsinin Kiçik mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.