Ümumi məlumat
Kapital Bank namizədləri Nəzarət Departamentinin Maliyyə və əməliyyat nəzarəti şöbəsinin Aparıcı mütəxəssisi/Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət edilməsi;
- Biznes proseslərin analizi, qiymətləndirilməsi və çatışmazlıqların aşkar edilməsi;
- Maliyyə və əməliyyat nəzarəti şöbəsi üçün zəruri hesabatların hazırlanması;
- Hesabatların alqoritmlərini yazaraq avtomatlaşdırılması;
- Hesabatların analizi.
Tələblər
- Ali təhsil;
- Maliyyə və ya riyazi sahə üzrə ixtisas;
- Bank qanunvericiliyi ilə bağlı biliklər;
- Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
- Microsoft Office (Excell) üzrə biliklər;
- Proqramlaşdırma və hesabatlıq (SQL) üzrə təcrübəsi;
- Rus və İngilis dillərini bilməsi arzu olunandır;
- Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
- Proqramlaşdırma dilləri üzrə bilikləri;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Fərdi və komanda ilə işləmək qabiliyyəti;
- Qərarvermə və problem həlletmə qabiliyyəti.
CV-lərinizi, mövzu hissəsində “Nəzarət Departamenti/Maliyyə və əməliyyat nəzarəti şöbəsi/ Aparıcı mütəxəssis/Baş mütəxəssis” qeyd etməklə[email protected] e-mail ünvanına göndərə bilərsiniz.