Kapital Bank 11 milyon manat vergi ödəyib | Banco.az

Kapital Bank 11 milyon manat vergi ödəyib

Kapital Bank ASC 2017-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Bankın aktivləri artıb.

Bankın cəmi aktivləri 2016-cı ilin yekunu ilə müqayisədə 265 mln. manat artaraq 3 mlrd. 190 mln. 574 min manat olub. Öhdəliklərinin həcmi isə 2 mlrd. 918 mln. 627 min manat səviyyəsindədir.

Bankın kredit portfeli 1 mlrd. 181 mln. 778 min manat, depozit portfeli isə 2 mlrd. 332 mln. 906 min manat təşkil edir.

Bankın kapitalında azalma müşahidə olunub.

Kapital Bankın aktivlərində artım müşahidə olunsa da, kapitalında ötən ilə nəzərən azalma olduğu görünür. Belə ki, 2016-cı ilin dekabrında bankın cəmi kapitalı 316 mln. 986 min manat səviyyəsində olduğu halda, 2017-ci ilin 30 iyununda bankın cəmi kapitalı 271 mln. 946 min manata düşüb. 

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən dövrdə bankın faiz gəlirləri 132 mln. 608 min manat, faiz xərcləri isə 44 mln 912 min manat olub. Kapital Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 27 mln. 262 min manat ehtiyalara ayırmalar edib.

Bank 11 mln. 455 min manat vergi ödəyib.

Bankın mənfəəti 52 mln. 214 min manat təşkil edib və bank 11 mln. 455 min manat mənfəət vergisi ödəyib. Nəhayət, bank ili mənfəətlə başa vurub və xalis mənfəəti 40 mln. 758 min manat olub.