Müəllif: Tamara Mustafayeva, Banco.az
"JPMorgan" aprel ayında Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) faiz artımı edəcəyini gözləyir.
Banco.az xəbər verir ki, "JPMorgan" fevral ayında ölkədə inflyasiyanın gözləniləndən yüksək olması səbəbindən Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) aprel ayında uçot dərəcəsini 500 baza bəndi də artıraraq 50 faizə çatdıracağını proqnozlaşdırıb.
Ancaq bankçılıq nəhənginin daha əvvəlki proqnozunda TCMB-nin faiz artımı dövrünü uçot dərəcəsini 45 faizə çatdırdıqdan sonra başa vuracağı deyilirdi.
Xatırladaq ki, Türkiyədə istehlak qiymətləri indeksi (CPI) fevral ayında illik 67,07 faiz artaraq 66 faiz olan proqnozları üstələyib. İndeks sözügedən dövrdə aylıq da 4,53 faiz artıb ki, bu göstərici üzrə proqnoz 3,8 faiz təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!