Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveçrə Mərkəzi Bankı 3,2 milyard İsveçrə frankı zərər açıqlayıb.
Banco.az xəbər verir ki, İsveçrə Milli Bankı (SNB) 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
Buna görə, 2022-ci ildə 132,5 milyon İsveçrə frankı zərərlə üzləşən mərkəzi bankın 2023-cü ildə zərəri 3,2 milyard İsveçrə frankına (3,62 milyard dollar) çatıb.
Beləliklə, bank artıq ikinci ildir ki, divident ödəyə bilməyəcək.
Qeyd edək ki, SNB inflyasiya ilə mübarizə üçün tətbiq edilən yüksək faiz dərəcələrin bankları milyardlarla dollar ödəməyə məcbur etməsi ilə zərər açıqlayan sonuncu mərkəzi bank olub.
Digər tərəfdən, SNB 2022-ci ildə yüksələn inflyasiyaya qarşı mənfi faiz dərəcələrinə son verərək 2023-cü ilin iyun ayından bəri uçot dərəcəsini 1,75 faiz səviyyəsində saxlayır.
Bizi sosial şəbəkələrdən izləyin!!