Bəzən gün ərzində eşitdiyimiz xoş bir söz motivasiyamızı birə-yüz artıra bilir. Belə sözlər adi günlərdə sanki rahat bir nəfəs almağımıza səbəb olur. Bu sözlərin faydası olmaz deyə düşünməyin. Siz inansanız da, inanmasanız da belə sözlərin iş yerlərində atmosferi dəyişdirməyə, insanların motivasiya və müvəffəqiyyətlərini artırmağa böyük təsiri ola bilir. Dövrümüzdə artıq insanların niyə işləməli olduqlarını anlamaları və xatırlamaları vacibdir. Ona görə də sizə belə dəyərli sözlərdən bəzilərini təqdim edirik :
1. Mahatma Gandhi : “Dünyada dəyişməsini istədiyiniz ilk şey özünüz olmalısınız.”
2. Theodore Roosvelt : “Həyatın bizlərə təqdim etdiyi ən böyük mükafat ona dəyəcək bir işdə çox işləmək şansıdır.”
3. William Hazlitt : “İşini sevməyəni işi də sevməz.”
4. Max Schmelling : “Niyəmi qazanmaq istədim? Çünki, uduzmaq istəmirdim!”
5. Pierre Cornielle : “Risksiz qazanmaq zəfərsiz qazanmaqdır.”
6. James Broughton : “Tək sərhəd hər zaman xəyallarımızın qoyduğu sərhəddir.”
7. Charles M. Schwab : “İşini sevmədən və sadəcə pul qazanmaq üçün görən insanın pul qazanması və həyatdan zövq alması çox çətindir.”
8. John Naisbitt : “Yeni güc qaynağı çox az insanın əlində olan pul deyil, çox insanın əlində olan bilikdir.”
9. Le Lacocca : “Liderlik sadəcə başqalarını motivasiya etməkdir.”
10. Jim Rohn : “Ya xəyallarınızı dəyişdirməli, ya da bacarıqlarınızı artırmalısınız.”
11. Henry Ford : “Bir işi edə biləcəyinizi düşünsəniz də, edə bilməyəcəyinizi düşünsəniz də haqlısınız.”
12. Robert Frost : “Tək yol doğru yoldur.”
13. Charles F. Kettering : “Açıq bir zehnin olduğu hər yerdə mütləq ümid vardır.”
14. Dwight D. : “Motivasiya - insanların onlardan etməsini istədiyiniz şeyi siz istədiyiniz üçün deyil, özləri istədiyi üçün etdiklərini düşünmələrini təmin etməkdir.”
Bu sözlər bəzilərinə motivasiya verərkən, bəzilərinə boş sözlər kimi görünə bilər. Amma ad günlərində və ya digər önəmli günlərdə işçilərə kiçik, lakin motivasiyaedici qeydlər vermək onların özlərini komandanın bir parçası kimi hiss etmələrinə səbəb olacaqdır.