Azərbaycan Mərkəzi Bankı (AMB) yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu (AİF) 2013-cü ili əhatə edən fəaliyyət dövrü ilə bağlı məlumatları təqdim etmiş və hal-hazırda ipoteka kreditləşməsinin ölkədə gəlirli sahə olaraq qaldığını vurğulamışdır.
AİF-dən verilən məlumata görə, ötən il onun gəlirləri 3416,853 min manatdan 4015,624 min manata qədər artıb. Bundan əlavə, fondun xalis faiz gəliri 6290,224 min manatdan 7602,739 min manata qədər, əməliyyat gəliri isə 6111,142 min manatdan 7451,458 min manata qədər artıb.
Nəticədə, AİF-in aktivlərinin həcmi 492635,885 min manat (əvvəlki göstərici - 401110,095 min manat), kapital həcmi isə 191159,224 min manat (əvvəlki göstərici - 147143,6 min manat) təşkil edib. Məlumat üçün qeyd edək ki, hər iki göstəricidə artım qeydə alınıb.
Sevinc İbadova/Banco.az