İpoteka kreditləri ilə bağlı YENİ TƏLƏBLƏR gəlir | Banco.az

İpoteka kreditləri ilə bağlı YENİ TƏLƏBLƏR gəlir

Azərbaycanda ipoteka krediti götürmək istəyənlər üçün yeni tələblər tətbiq edilib. Bu barədə İpoteka və Kredit Zəmanət Fondunun banklara göndərdiyi məktubda bildirilir. Yeni qaydalara görə, intizamsız kredit ödəyicilərinin ipoteka krediti götürməsi problem ola bilər. Belə ki, Fondun tələblərinə görə, ipoteka krediti üçün tələb edilən anda gecikməsi olan cari kreditləri olan şəxslərə ipoteka krediti verilməyəcək. Bundan başqa, müraciət tarixindən əvvəlki 2 il ərzində 90 günən artıq vaxtı keçmiş kreditləri olan şəxslərə də kredit verilməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Nəhayət, müraciət tarixindən əvvəlki 3 ay ərzində ümumi məbləği 20000 manatdan çox olan kredit və ya zaminlik öhdəliyi olan şəxslərin də kredit götürməsi ilə bağlı çətinlik olacaq.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et