Niyazi İmanov hal-hazırda "İpək Yolu Sığorta" şirkətinin İdarə Heyətinin sədridir. O, keçmiş "Azal Sığorta"nın nümayəndəsi olub.
Təhsili:
Niyazi İmanov, 1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi üzrə bakalavr,
2001-2003-cü illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetdə biznesin idarə edilməsi üzrə MBA dərəcəsi alıb.
2003-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində sığorta üzrə iqtisad elmləri fəlsəfə doktoru adını qazanıb,
2015-2017-ci illərdə Hollandiyanın “Maastricht School of Management” universitetinin “Executive MBA” dərəcəsi,
2015-2017-ci illərdə, həmçinin, ADA Universitetinin Biznesin İdarəolunması üzrə MBA dərəcəsini alıb.
Peşəkar təcrübəsi:
Niyazi İmanov karyerasına 2002-ci ildən "Azal Sığorta" şirkətində başlayıb. O, həmin şirkətin İdarə Heyətində təmsil olunub. 1995-ci ildə yaradılan "Azal Sığorta" şirkətinin isə adı dəyişdirilmiş, 23 iyun 2011-ci ildən "İpək Yolu Sığorta" adı ilə fəaliyyətini davam etdirməyə başlamışdır. Qeyd edək ki, Niyazi İmanov hal-hazırda "İpək Yolu Sığorta"nın İdarə Heyətinin sədri vəzifəsini icra edir.
Həmçinin bax: "İpək Yolu Sığorta"nın 2017-ci il üzrə maliyyə vəziyyəti və maliyyə göstəriciləri