İnvestisiya portfelini necə yaratmaq olar? | Banco.az

İnvestisiya portfelini necə yaratmaq olar?

Müəllif: Nisə Əsgərli, maliyyəçi-investor

İnvestisiya portfelini necə yaratmaq olar?
Bu məqalədə balanslaşdırılmış və təsnifləşdirilmiş(diversifikasiya olunmuş) investisiya portfelinin düzgün formalaşdırılmasına baxacağıq.

Bunun üçün investisiya portfelinin necə formalaşdığını addım-addım nəzərdən keçirəcəyik:

İnvestisiya portfelinin formalaşmasının əsas prinsipləri.

  • İnvestisiya portfeli üçün sabit gəlirli aktivlərin seçilməsi.
  • Portfel üçün riskli aktivlərin seçilməsi.
  • Portfeldə riskli və risksiz alətlərlə işləmə prinsipləri.
  • Tam risk əhatəsi ilə investisiya portfelinin real modelləşdirilməsi.

İnvestisiya qoyuluşunun əsas məqsədlərindən biri investisiya portfelindən sabit və proqnozlaşdırıla bilən gəlir əldə etməkdir və bu məqsədlər üçün investor müxtəlif alətlərə malikdir.

İstər ən cəlbedici səhm olsun, istərsə də ən sabit və yüksək gəlirli istiqraz olsun, yalnız bir alətin köməyi ilə bu vəzifəni həyata keçirmək mümkün deyil. Burada lazım olan investisiya portfelinin qurulmasına sistematik yanaşmadır, hər bir aktiv növü portfelin ümumi nəticəsində öz rolunu oynayır.

Bu nöqteyi-nəzərdən investisiya portfelindəki mürəkkəb problemi həll etməyə kömək edən investisiya aktivlərinin fundamental növlərini vurğulamaq lazımdır, bu, ən çox yayılmış əmanət formasını əhəmiyyətli dərəcədə üstələyən daha sabit investisiya gəlirini təmin edir - bunlar depozitlərdi.

Sabit Gəlirli Aktivlər

Bu cür alətlər üçün əsas meyar ondan ibarətdir ki, onlar üzrə gəlirlilik dəqiq hesablana bilər və müəyyən bir tarixə qədər dəyişməz qalır. Nə olursa olsun, investor, yüksək keyfiyyətli və etibarlı bir aktiv seçdiyi təqdirdə, planlaşdırılan gəlirlilik məbləğini alır. Buna görə də, bu alətlər də risksiz adlanır, çünki emitent etibarlıdırsa və müflisləşməyə yol vermirsə, onlar üzrə gəlirliliyin təmin olunduğunu güman etmək olar. İlk növbədə, belə alətlərə sabit və ya daimi kuponlu istiqrazlar daxildir. Bank depozitləri, əlbəttə ki, bu alətlər sinfinə aiddir, lakin biz bugünkü məqaləmizdə onları ətraflı nəzərdən keçirməyəcəyik, çünki bu, investisiya parametrlərində istiqrazlardan aşağı olan ən primitiv alətdir.

Sabit kuponlu istiqrazlar, onlar üzrə kupon dərəcəsinin geri alınma anına qədər məlum olması ilə xarakterizə olunur və emitent defolt etmədikdə, geri qaytarılma həmişə nominal dəyərin 100% -i ilə baş verir. Sabit gəlirli alətlər sinfinə dəyişən və üzən kuponlu istiqrazlar da daxildir. Dəyişən kupon istiqrazları satış tarixinə qədər sabit gəlir təmin edir və mahiyyətcə sabit kupon istiqrazı kimi istifadə edilə bilər, lakin ödəmə tarixində deyil, satış tarixində.

Ümumiyyətlə, sabit gəlirli alətlər investisiya portfelində mühüm rol oynayır, çünki onlar bütün investisiya portfelinin bazası və ya bünövrəsi kimi çıxış edərək, onun sarsılmaz sabit hissəsini təmin edir. Buna görə də, investor ağıllı investisiya strategiyasına riayət edərsə, sabit gəlir alətləri onun investisiya portfelində bir mənalı şəkildə olmalıdır. Üstəlik, bazarda cari gəlirlilik səviyyələrində risklərdən effektiv müdafiəni təmin etmək üçün onlar portfelin böyük bir hissəsini təşkil etməlidirlər.

Şərti sabit gəliri olan aktivlər

Ən sərfəli kredit üçün müraciət et

Əsasən, bu, sabit gəlirli alətlər və riskli alətlər arasında ara sinfidir. Belə alətlərə çox vaxt “Kvazibondlar” da deyilir. Yəni, onlar sabit pul axını yarada bilirlər, lakin onlar istiqrazlardan əsaslı şəkildə fərqlənirlər.

İlk növbədə, bu cür alətlərə sabit dividend gəlirliliyi və şəffaf, müəyyən edilmiş dividend siyasəti olan səhmlər daxildir. Bununla belə, başa düşməyə dəyər ki, bu aktivlər istiqraz deyil və bu alət istiqrazların sahib olduğu sabitliyi malik deyil. Bundan əlavə, birja kotirovkaları istiqrazlardan daha dəyişkəndir və hərəkətləri də gözlənilməzdir, buna görə də dividendlər şəklində sabit pul axını ilə yanaşı, bu cür səhmlər eyni vaxtda bazar dəyərində itkilər yarada bilər. Dividend siyasəti də şirkətin öhdəliyi deyil, yalnız investorların gözündə şirkətin cəlbediciliyini artıran rəsmi niyyətdir. Buna görə də dividend ödənişləri, hətta tarixən həmişə sabit olsa da, yalnız şərti olaraq sabit hesab edilə bilər.

Riskli aktivlər

Bu alətlər sinfinin daha  "yumşaq" adı - yüksək qeyri-müəyyənlik səviyyəsinə malik alətlərdi. Bunlar ilk növbədə səhmlərdir. Bu alətin mahiyyəti ondan ibarətdir ki, o, spekulyativ xarakter daşıyır və qiymət dəyişmələrinin çox böyük və kəskin amplitudasına malikdir. Üstəlik, qısa və orta müddətdə bu, həm mənfəət, həm də zərər gətirə biləcək gözlənilməz dalğalanma prosesidir. Ancaq bu cür alətlərlə işləyərkən biz uzunmüddətli, fundamental amillərə etibar edə bilərik ki.

Ümumiyyətlə, qısa və orta müddətli üfüqlərdə bir səhmin davranışı çətin dəqiq proqnozlaşdırıla bilər və qiymət aralığı qrafikin istənilən nöqtəsində olabilər. Risklər və zərərlər sahəsindən mənfəət sahəsinə qədər dəyişə bilər. Qiymətli kağızların müəyyən bir müddət ərzində qiymət diapazonunun konkret hansı nöqtəsində olacağını söyləmək mümkün deyil, lakin investorlar hər bir fərdi səhm üçün artım potensialını və risk səviyyəsini müəyyən etməyə kömək edən uzunmüddətli fundamental amillərlə istifadə edilər.

İnvestisiya portfelinin diversifikasiyası

Bir çox təcrübəsiz investorlar çox sadə bir sual verir: niyə investisiya portfeli yaradılır? Axı, cəlbedici aktivlər qrupu var və bu qrup arasında ən cəlbedici aktiv var. Niyə bu tək və ən güclü aktivi almırsınız? Ancaq burada hər şey risklərin payina düşür. İnvestisiya portfelinin prinsipinin əsasını risklər, onlara nəzarət və minimuma endirməsi götürülür.

Bir aktivi almaqla investor öz risklərini, həm bu şirkətin risklərini, həm də bütün sənayenin risklərini, eləcə də qlobal makroiqtisadi və maliyyə risklərini tam olaraq öz üzərinə götürür. Bir neçə aktivin alınması ilə bir şirkətin risklərinin portfeldəki təsiri azalır, sənaye və sektor riskləri də azalır. Nəticədə, kifayət qədər sayda aktiv almış investorun portfeli tək bir aktivin və hətta müxtəlif sənaye sahələrinin risklərindən daha az təsirlənir ki, bu da investisiya portfelinin müxtəlif növ dalğalanmalara davamlılığını əhəmiyyətli dərəcədə artırır.

İnvestisiyanın bu “qızıl” qaydası təkcə fərdi investorlar tərəfindən deyil, istisnasız olaraq dünyanın bütün ən böyük investisiya fondları tərəfindən istifadə olunur.

Son olaraq qeyd edim ki

Uğurlu investisiya iki əsas fəaliyyət prinsipinə əsaslanır - diversifikasiya metodlarından istifadə, bu, ilk növbədə, riskləri azaltmağa və onları nəzarətdə saxlamağa imkan verir. Həm də keyfiyyətli aktivlərin seçilməsi prinsipinə əsasən, istiqrazlar üçün bu, ilk növbədə emitentin etibarlılığı və sabitliyidir, səhmlər üçün isə bu, qiymətli kağızların cari bazarda qiymətləndirilməsi, eləcə də gələcək perspektivlər və artım potensialıdır.