"Intel" firması "Apollo" ilə birgə müəssisədəki payını 11 milyard dollara satacaq | Banco.az

"Intel" firması "Apollo" ilə birgə müəssisədəki payını 11 milyard dollara satacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Intel" firması "Apollo" ilə birgə müəssisədəki payını 11 milyard dollara satacaq.

Banco.az xəbər verir ki, dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan "Intel" aktiv idarəetmə şirkəti olan "Apollo Global Management" ilə İrlandiyadakı yeni istehsal müəssisəsi üçün yaradılan birgə müəssisədəki 49 faizlik payını 11 milyard dollara satmaq barədə razılığa gəlib.

Bu barədə hər iki şirkət açıqlama verib.

Açıqlamada deyilir ki, "Apollo" yüksək həcmli ultrabənövşəyi litoqrafiya maşınlarından istifadə edərək Intel 4 istehsalı üçün İrlandiyada qurulan Fab 34 birgə müəssisəsində "İntel" firmasına məxsus səhmləri satın alacaq.

11 milyard dollarlıq müqavilənin bu il başa çatdırılacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Intel"in 18,4 milyard dollar sərmayə qoyduğu Avropada ilk yüksək həcmli ultrabənövşəyi litoqrafiya istehsalı mərkəzi olan Fab 34 2023-cü ilin sentyabrında İrlandiyanın Leikslip şəhərində fəaliyyətə başlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et