Müəllif - Aida İsaq, Banco.az
Dünyanın əksər ölkələrinin sakinləri asudə zamanlarını dəyərləndirmək üçün üz tutduqları sosial media şəbəkələri arasında “Instagram” xüsusi yer tutur. Nisbətən əhatə dairəsinin geniş olması, müxtəlif mövzularda olan məzmunları özündə birləşdirməsi eyni zamanda dünya məşhurlarını izləmək baxımından daha əlçatan olması platformaya marağı daha da artırıb.
Banco.az xəbər verir ki, “DataReportal Digital”ın 2023-cü ilə aid son statistikasına əsasən “Instagram”da daha çox zaman keçirən ölkələrin adları məlum olub. Siyahının lideri qardaş ölkə Türkiyə seçilib.
- Türkiyə – 21,4 saat
- Argentina – 17,6 saat
- Braziliya - 15,4 saat
- Hindistan - 14,9 saat
- Dünya üzrə orta – 12 saat
- Rusiya - 9,6 saat
- Kanada - 9,5 saat
- Sinqapur - 9,5 saat
- Avstriya – 8,6 saat
- Fransa - 8,6 saat
- Almaniya - 8,5 saat
- Böyük Britaniya – 7,7 saat
- ABŞ - 7,7 saat
- Meksika - 6,9 saat
- Cənubi Koreya - 6,1 saat
Bizi sosial şəbəkələrdən izləyin!!