İngiltərədə inflyasiya proqnozlara uyğun hesablanıb | Banco.az

İngiltərədə inflyasiya proqnozlara uyğun hesablanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada istehlak qiymətləri avqust ayında illik müqayisədə 2,2 faiz artıb.

Banco.az xəbər verir ki, Böyük Britaniyada inflyasiya avqust ayında İngiltərə Bankının 2 faizlik hədəfindən bir qədər yuxarı reallaşsa da, sabit tendensiya ilə davam edib.

Avqustda aylıq inflyasiya 0,3 faiz olduğu halda, illik inflyasiya 2,2 faiz təşkil edib. Bu göstəricilər bazar proqnozları ilə uyğunluq təşkil edib.

İngiltərə Mərkəzi Bankının yaxından izlədiyi mühüm göstərici olan xidmətlər inflyasiyası isə 5,2 faizdən 5,6 faizə yüksəlib.

Qeyd edək ki, həm xidmət inflyasiyası, həm də başlıq dərəcəsi avqust ayında İngiltərə Mərkəzi Bankının proqnozlaşdırdığı səviyyələrdən aşağı olaraq qalır.

Ən sərfəli kredit üçün müraciət et

Səlahiyyətlilərin cümə axşamı verdikləri qərarda faiz dərəcələrini dəyişmədən 5 faiz səviyyəsində saxlaması gözlənilsə də, bazarda daha da ekspansiya proqnozları artır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram