İngiltərədə inflyasiya azalsa da, proqnozlara uyğun gəlməyib | Banco.az

İngiltərədə inflyasiya azalsa da, proqnozlara uyğun gəlməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada istehlak qiymətləri ötən ay proqnozlardan daha zəif azalma göstərib.

Banco.az xəbər verir ki, inflyasiyanın gözləniləndən aşağı zəifləməsi İngiltərə Bankının (BOE) monetar yumşaltma dövrü ilə bağlı suallar doğurub.

Rəsmi məlumatlar göstərir ki, aprel ayında ölkədə istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artıb. Mart ayında illik inflyasiya 3,2 faiz təşkil edirdi.

İqtisadçıların proqnozu isə aprel ayında illik artımın 2,1 faiz olacağı istiqamətində idi.

Ölkədə istehlak qiymətlərinin aylıq artımı isə 0,3 faiz hesablanıb. Proqnozlar 0,1 faizə işarə edirdi. Mart ayında aylıq inflyasiya 0,6 faiz təşkil edirdi.

Qeyd edək ki, baza inflyasiya göstəriciləri də proqnozlara uyğun gəlməyib. Böyük Britaniyada illik baza inflyasiyası aprel ayında 3,9 faiz təşkil edib və 3,6 faizlik proqnozları üstələyib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, BOE qiymət təzyiqlərinin gözlənildiyi kimi soyuması halında bu yay faiz dərəcələrini endirə biləcəyinə işarə etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et