İngiltərə Mərkəzi Bankının rəsmisi inflyasiya ilə bağlı xəbərdarlıq edib | Banco.az

İngiltərə Mərkəzi Bankının rəsmisi inflyasiya ilə bağlı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Bankının (BoE) Pul Siyasəti Komitəsinin üzvü Ketrin Mann inflyasiya ilə xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, Ketrin Mann bu barədə “Rəsmi Pul və Maliyyə Qurumları Forumu”ndakı çıxışı zamanı deyib.

O bildirib ki, mərkəzi bankın sonuncu komitə iclasında uçot dərəcəsinin artırılmasına səs verib.

Təklifin yavaş tempdə artımı və mövcud risklərin çoxalması səbəbindən ölkədə inflyasiya sürətinin daimi olaraq artması ehtimalının hələ də mövcud olduğunu və məşğulluq bazarının sıxlığını vurğulayan Mann, “İnflyasiya bütün ev təsərrüfatlarına və ən ciddi şəkildə aşağı gəlirlilərə təsir edən ən zərərli vergi növüdür”, ifadəsindən istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, İngiltərə Mərkəzi Bankı (BoE) fevralın 1-də proqnozlara uyğun olaraq uçot dərəcəsini 15 ilin ən yüksək həddi olan 5,25 faiz səviyyəsində sabit saxlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram