Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ iqtisadiyyatı ilin üçüncü rübündə 2,8 faiz artıb.
Banco.az xəbər verir ki, ABŞ iqtisadiyyatı ev təsərrüfatlarının və müəssisələrin noyabr seçkiləri öncəsi qlobal problemlər və qeyri-müəyyənlik qarşısında möhkəm performans göstərməsi nəticəsində üçüncü rübdə güclü artıma nail olub.
İlk rəsmi hesablamalara görə, ilin üçüncü rübündə ölkə iqtisadiyyatı 2,8 faiz artıb.
“Bloomberg”in iqtisadçılar arasında keçirdiyi sorğuda orta proqnoz 2,9 faiz artım idi.
Xatırladaq ki, inflyasiyaya uyğunlaşdırılmış ümumi daxili məhsul əvvəlki rübdə 3 faiz artmışdı.
İqtisadi fəaliyyətdə ən böyük payı təşkil edən istehlak xərcləri isə 3,7 faiz artıb ki, bu da 2023-cü ilin əvvəlindən bəri ən yüksək göstəricidir.
Bizi sosial şəbəkələrdən izləyin!!