Hakaton iştirakçıları mövcud iş prosesindəki problemləri həll etməyə və PAŞA Həyat tərəfindən həyata keçirilən yeni ideyalar yaratmağa təşviq etmək məqsədi daşıyan 48 saatlıq yarışmadır.
Yarat Müasir İncəsənət Mərkəzində “PAŞA Həyat” və PAŞA Holdinq-ın birgə təşkilatçılığı ilə 7-9 oktyabr tarixlərində ilk dəfə sığorta mövzusunda PASHA Hackathon keçirilib. Nəzərinizə çatdıraq ki, Hackaton “Müəyyən seqmentlər üçün həyat sığortası məhsullarının penetrasiya səviyyəsinin artırılmasıdır” mövzusunu əhatə etmişdir.
Hakatonun qalibi adı uğrunda 700 müraciət arasından seçilmiş 24 komanda mübarizə aparıb.
Hakatonda qalibin seçilməsi prosesində (i) genişləndirilmə imkanı, (ii) texniki mümkünlük, (iii) müştərilər üçün dəyər və (iv) normativ uyğunluq meyarları əsas götürülüb. Qeyd edək ki, Hakatonda 1-ci yeri qazanan komanda 6000 AZN, 2-ci yer 4000 AZN, 3-cü yer 2000 AZN məbləğində mükafatla təltif olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!