2018-ci il bank və maliyyə sahəsində bir sıra maraqlı hadisələr, kampaniyalar, yeniliklər və innovasiyalar ilə yadda qaldı. Banco.az portalının maliyyə təşkilatları arasından “İlin ən yaxşıları”nı seçdiyi səsvermə yekunlaşdı. 12 mart tarixində başlayan və bir ay ərzində davam edən səsvermədə iştirakçılar bəyəndikləri namizədə səs verərək, qalib etməyə çalışdılar. 11 nominasiya üzrə qaliblərin seçildiyi səsvermədə ümumilikdə 10 mindən çox insan iştirak etdi. Son illər istifadəçilərə evdən və ya ofisdən ayrılmadan bank əməliyyatları aparmağa imkan verən ən innovativ internet bankçılıq xidmətinin seçildiyi “İlin internet bankçılıq xidməti” nominasiyasında Bank of Baku qalib oldu. Kredit bazarında aparıcı banklardan olan “Bank of Baku”nun səslərin 24%-ni toplayaraq birinci yerə layiq görülən İnternet Bankçılıq xidməti cari hesab, kart, əmanət, kredit hesabı sahiblərinin internet vasitəsilə öz hesabları üzrə aparılan pul dövriyyələrinin izləməsinə, həmçinin online ödənişlər etməyə, ödənişlərin tarixçəsini görməyə, kartdan karta pul köçürməsini etməyə, əmanət məbləğini artırmağa, bank daxili və xarici pul köçürmələrə imkan verən proqram təminatıdır. Bu proqram vasitəsi ilə siz günün istənilən saatı banka gəlmədən birbaşa internet vasitəsi ilə öz hesablarınız üzrə aparılan dövriyyələr barədə məlumat əldə edə və müxtəlif əməliyyatlar icra edə bilərsiniz. Müştərilərlə qarşılıqlı əlaqələrə xüsusi önəm verən bank bu əlaqəni çoxsaylı kommunikasiya vasitələri ilə saxlayır və bu isə bankın istehlakçılarla münasibətlərinin strateji bir xəttidir.
Azərbaycanın maliyyə sektorunun aparıcı təsisatlarından olan Bank of Bakunu təbrik edir, müştərilərin gözləntilərini qarşılamaq və “Sizə yaxın bankçılıq” şüarını doğrultmaq yolunda uğurlar arzulayırıq.
Mükafatı Banco.az portalının rəhbəri Fərid İslamov Bank of Baku-nun Informasiya Texnologiyalari sahesinin direktoru Anar Abbasova təqdim edib.