“İcbari tibbi sığorta sistemi çərçivəsində ambulator xidmət göndəriş vərəqində qeyd olunubsa, pasiyent 21 gün ərzində xəstəxanaya müraciət edə bilər”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov deyib.
O qeyd edib ki, pasiyent üzərində hər hansı əməliyyat icra edilibsə, 45 gün ərzində təkrar olaraq eyni həkim və xəstəxanaya müraciət edə bilər: “Şikayət fərqlidirsə başqa göndərişlə ayrı həkimə müraciət edilməlidir”.
report
Bizi sosial şəbəkələrdən izləyin!!