Azərbaycan Beynəlxalq Bankının müştəriləri bankın mobil tətbiqi vasitəsilə pulu kartdan digər karta necə köçürə bilər?
Bankın mobil tətbiqinə daxil olduqdan sonra aşağıdakı ardıcıllıqla əməliyyatı həyata keçirə bilərsiniz:
1. Köçürmələr bölməsindən "Digər kart"ı klikləyin;
2. Açılan pəncərədə əvvəlcə pulu hansı kartdan göndərəcəyinizi seçin;
3. Daha sonra pulu alan kartın 16 rəqəmli kodunu, göndərəcəyiniz məbəğin miqdarı və valyutasını qeyd edin;
4. "Davam etmək" düyməsini basaraq məlumatları yenidən yoxlayın;
5. "Təsdiq etmək" düyməsini basmaqla əməliyyatı tamamlayın.
Digər bankların mobil tətbiqi vasitəsilə kartdan karta pul köçürmə (card to card) xidməti ilə buradan tanış ola bilərsiniz.
Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!