Hyundai 419 min avtomobili geri çağırır | Banco.az

Hyundai 419 min avtomobili geri çağırır

Cənubi Koreyanın avtomobil istehsalçısı olan "Hyundai" əyləc sistemindəki problemə və yağ axmağına görə 419 min ədəd avtomobilini geri çağırır. Rusiya mətbuatından verilən məlumata görə, bu barədə ABŞ-ın avtomobil yollarında Təhlükəsizlik İdarəsi məlumat yayıb.

Geri çağırılan avtomobillərdən 225 mini 2001-2006-cı illərdə istehsal olunmuş "Santa Fe" modelidir. Ekspertlərin fikrincə, bu avtomobillərin ön vint yayı hava şəraitindən asılı olaraq çürüyə və ya qırıla bilər. Bununla da ağır yol qəzasına yol açar.

133 min avtomobil isə 2001-ci ildə istehsal olunmuş "Sonata" modelidir. Bu avtomobillərin əyləc mayeləri axır. Bu səbəbdən də avtomobillərin əyləc yolu normadan uzun olur.

Geri çağırılan digər avtomobil isə 2007-2012 illər ərzində konveyerdən çıxmış Veracruz modelidir. Bu avtomobillərin mühərrik yağları generatorun üzərinə axır. Nəticədə isə enerji sistemi kəsilə və avtomobil nasaz vəziyyətə düşə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: topnews.az