İR-nın idarəetmə konsepsiyaları:
1. İqtisadi konsepsiyalar (Əmək resurslarından istifadə konsepsiyası)
2. Təşkilati-inzibati konsepsiyalar (Personalın idarə edilməsi konsepsiyası)
3. Təşkilati-sosial konsepsiyalar (İnsan resurslarının idarə edilməsi konsepsiyası)
4. Humanistik konsepsiayalar (İnsan idarəçiliyi konsepsiyası)
İQTİSADİ KONSEPSİYALAR:
Məqsəd işçilərin əmək potensialından maksimum istifadə etməkdir. (ABŞ) Frederik Teylorun “elmi rəhbərlik nəzəriyyəsi” iqtisadi konsepsiyaların teoritik əsasıdır. Şəxsi maraqların ümumi maraqlara tabe olması. İşçi sadəcə istehsalat faktorudur. Tipik idarəetmə tərzi avtoritardır. İdarəetmənin əsas məqsədi: istedalı işçilərin seçilməsi, stimullaşdırması və normalaşdırılması.
TƏŞKİLATİ-İNZİBATİ KONSEPSİYALAR:
Məqsəd insanın əmək və şəxsi potensialından istifadə etməkdir. (FR) Anri Fayolun“bürokratik təşkilat” nəzəriyyəsi bu konsepsiyanın teoritik əsasıdır. İşçinin “keyfiyyəti” üçün tələblər – müvafiq vəzifəyə uyğun peşə kvalifikasiyası və şəxsi keyfiyyətləri. Beləliklə, kadr idarəçiliyinin əsas məzmunu bir təşkilatın iş fəaliyyətində şəxsin “həyat dövrünün” bütün mərhələlərində səlahiyyət və məsuliyyət sisteminin idarə olunmasıdır.
TƏŞKİLATİ-SOSİAL KONSEPSİYALAR:
Məqsəd optimal ətraf mühit yaratmaqla insan potensialını maksimum dərəcədə artırmaqdır. (ABŞ psixoloq) Elton Mayonun “insan münasibətləri” nəzəriyyəsi bu konsepsiyanın teoritik əsasıdır. “İşçinin keyfiyyəti” üçün tələblər – müvafiq peşəyə uyğun ixtisas və şəxsi keyfiyyətləri, psixoloji iqlimə və təşkilatın korporativ mədəniyyətinəuyğunluq. Beləliliklə idarəetmə həm formal (vəzifə öhdəliklərinin yerinə yetirilməsi ) həm də qeyri formal (təşkilat daxilində sosial əlaqələr, işçilərin fiziki və psixoloji vəziyyəti və s.) təşkilatçılığa tətbiq edilir.
HUMANİSTİK KONSEPSİYALAR:
Məqsəd insanın özünü təsdiq etməsi üçün şərait yaratmaqdır. Nəzəri əsas – Yapon idarəetməsinin fəlsəfəsi. İdarəetmə paradiqması: “insan təşkilat üçün deyil, təşkilat insan üçündür” . İdarəetmənin əsas vəzifəsi: Təşkilat mədəniyyəti inkişafının adaptasiyasıdır. Effektivliyin şərtləri: Təşkilatın səmərəli təşkilinin inkişafı yalnız strukturların, texnologiyaların, bacarıqların dəyişməsi deyil, həmçinin dəyərlərdəki dəyişiklikdir.
Beləliklə, idarəetmənin əsas məzmunu özünü idarəetmədir, və effektiv işlərin stimullaşdırılması iş həyatının keyfiyyətinin yaxşılaşdırılması ilə həyata keçirilir.
Sabuhi J.Mammadaliyev