2021-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 383,108 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, 2020-ci ilə nisbətən 26,1% çoxdur.
Ötən il qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 460,789 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 8,45% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 15,3% azalaraq 239,786 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 20,2% artaraq 218,94 milyon manata çatıb.
Beləliklə, 2021-ci ildə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 62,6 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 47,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ildə müvafiq olaraq 93,2 manat və 42,9 manat olub.
renkinq
Bizi sosial şəbəkələrdən izləyin!!