Bu həftə sonu üçün film tövsiyəmiz Çin təlaşıdır (The China Hustle).
Sənədli film ABŞ fond bazarında siyahıya alınmış Çin şirkətlərinin onilliklər boyu sistematik və formal qiymətli kağızlarla bağlı saxtakarlıqdan bəhs edir.
Həmçinin bax: Həftənin filmi 005
Filmdə 2008-ci ildən 2016-cı ilə qədər ABŞ-da yerləşən Wall Street investisiya şirkətləri ilə Çində yerləşən kiçik şirkətlər arasında baş vermiş sövdələşməni araşdırılır. Filmdə nümayiş olunan şirkətlərin əksəriyyəti əks birləşmələr vasitəsilə Nyu York Fond Birjasında siyahıya alınmışdı. Film göstərir ki, Çin firmalarının faktiki gəlirləri ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim olunan gəlirin onda birini təşkil edirdi. Araşdırmalardan sonra firmaların əksəriyyəti Nyu York Fond Birjasından çıxarılır və nəticədə ABŞ investorları milyardlarla dollar itki verir.
Xoş izləmələr :)
Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova
Bizi sosial şəbəkələrdən izləyin!!
sənədli filmlər, film tövsiyəsi, həftənin filmi, maraqlı kinolar