Müəllif: Tamara Mustafayeva, Banco.az
Bankçılıq bəşər sivilizasiyasının ilk dövrlərindən həyatın bir hissəsi olmuşdur. Bəs dünyanın ilk bankı hansıdır?
Banco.az xəbər verir ki, banklar hər bir ölkənin inkişafında ən mühüm institutlardan biridir, çünki o, cəmiyyətin bütün sahələrini dəstəkləməli olan maliyyə sisteminin qurulmasında rol oynayır.
Banklar tarix boyu əmanətlərin qəbulu, pul köçürmələri, pul dəyişdirmə və pul krediti kimi rollara malik olublar. Bankların bu funksiyaları hələ də mövcud olsa da, müasir bankçılıq sistemi hazırda daha çox rahat ödəniş üsullarının təmin edilməsinə və kommersiya sektorlarının ehtiyaclarına cavab verən pul təklifinin təmin edilməsinə diqqət yetirir. Bundan əlavə, müasir banklar keçmişlə müqayisədə daha mərkəzləşdirilmiş və dövlət tərəfindən tənzimlənmiş formada fəaliyyət göstərirlər.
İndi isə gəlin dünyanın ən qədim banklarından onu ilə tanış olaq.
1. Banca Monte dei Paschi di Siena
BMPS kimi də tanınan “Banca Monte dei Paschi di Siena” dünyanın ən qədim bankıdır. O, 1472-ci ildə İtaliyada təsis edilib və o vaxtdan bəri fasiləsiz fəaliyyət göstərir.
2. Berenberg Bank
“Berenberg Bank” dünyanın ən qədim kommersiya və özəl bankıdır və 1590-cı ildə Berenberq-Qossler ailəsi tərəfindən qurulandan bəri davamlı olaraq fəaliyyət göstərir.
3. Sveriges Riksbank
Əksərən “Riksbanken” kimi adlandırılan “Sveriges Riksbank” İsveçin mərkəzi bankıdır və davamlı fəaliyyət göstərən üçüncü ən qədim bankdır - həm də dünyanın ən qədim mərkəzi bankıdır.
4. C. Hoare & Co
“C. Hoare & Co” kiçik özəl bankdır və Birləşmiş Krallıqda yerləşən ən qədim bank olaraq tanınır. O, 1672-ci ildə Ser Riçard Hoare tərəfindən təsis edilib və hələ də onun ailəsinə məxsusdur, ailənin 10-cu və 11-ci nəsilləri bankın əməliyyatlarını idarə edir.
5. Bankhaus Metzler (Metzler Bank)
“Bankhaus Metzler” 1674-cü ildə Benjamin Metzler tərəfindən əsası qoyulmuş parça ticarəti biznesi kimi fəaliyyətə başlamışdır. Saksoniyadan olan Metzler 1671-ci ildə Frankfurta köçmüş və öz biznesini qurmazdan əvvəl bir neçə il tanınmış drapers firmasında mühasib kimi çalışmışdır. Təxminən 1760-cı ildə şirkət banka çevrilir və Fridrix Metzler ailənin ilk rəsmi bankiri olur.
6. Barclays
“Barclays” dünyanın ən böyük transmilli banklarından biridir və hələ də mövcud olan altıncı ən qədim bankdır. Bank 1690-cı ildə Con Fream və Tomas Quld tərəfindən zərgər bankçılığı kimi təsis edilmişdir. 1736-cı ildə Freamin kürəkəni Ceyms Barkley biznesin şəriki olur və bu, insanların onu "Barclays" adlandırmasına gətirib çıxarır.
7. Coutts
“Coutts” 17-ci əsrə aid digər bir ingilis bankıdır. Əvvəlcə zərgər-bankir dükanı olan bank 1692-ci ildə gənc Şotlandiya qızıl ustası-bankir Con Kempbell tərəfindən yaradılmışdır.
8. Stadsbank van Lening
Qeyri-kommersiya bankı olan “Stadsbank van Lening” (lombard) 1614-cü ildə Niderlandın Amsterdam şəhərində yaradılmışdır.
9. Bank of England
“Bank of England” (İngiltərə Bankı) hökumətin bankiri kimi çıxış etməsi məqsədilə özəl bank kimi fəaliyyətinə başlayıb. O, ilk növbədə Fransaya qarşı müharibəni maliyyələşdirmək üçün yaradılmışdır. Dövrün kral və kraliçası olan Uilyam və Meri ilk səhmdarlardan idilər. Bankın 27 iyul 1694-cü ildə yaradıldığı güman edilir.
10. Bank of Scotland
“Bank of Scotland” 17 iyul 1695-ci ildə Şotlandiya Parlamentinin Aktı ilə təsis edilmişdir. O, Şotlandiyanın ilk və ən qədim bankı olmaqla yanaşə, həmçinin Böyük Britaniyanın da ilk banklarından biridir.
Bizi sosial şəbəkələrdən izləyin!!