Uşaqların gələcəyini maddi baxımdan sığortalamaq, onlara daha yaxşı gələcək vəd etmək üçün faydalı yatırım növlərindən biri də uşaq əmanətləridir.
Uşaq əmanətini övladınızın 18 yaşına kimi yerləşdirə bilərsiniz. Depozitin şərtləri isə çox sadədir. Belə ki, depoziti açmaq üçün tələb olunan minimal məbləği banka yerləşdirirsiniz. Daha sonra isə bankın təklif etdiyi faizlər depozitinizə əlavə olunur.
Hazırda Azərbaycanda 4 bank - Bank VTB, TuranBank, Xalq Bank və Rabitəbank uşaq əmanətini təklif edir. Banklarda bu növ əmanəti AZN/USD valyutasında yerləşdirilə bilərsiniz. Avro valyutasında uşaq depozitini isə təkcə Xalq Bank (1 illik) qəbul edir.
Onu da qeyd edək ki, Xalq Bank-da əmanət vaxtından əvvəl geri götürülərsə, müştəri ilə müqavilə ləğv olunur və faizlər vəsaitlərin hesabda olduğu müddətə görə hesablanır.
Rabitəbank-da isə müqaviləyə vaxtından əvvəl xitam verildikdə hesablanmış faizlər cərimə tutulmadan ödənilir, natamam il üçün hesablanmış faizlər ödənilmir.
VTB Bank-da uşaq depoziti vaxtından əvvəl çıxarılarsa, faizlər hesablanmır.
TuranBank-da isə uşaq əmanəti vaxtından əvvəl çıxardıldıqda əgər AZN valyutasındadırsa, bu zaman 5 ilədək - 4.5%, 5-10 il - 7.5%, 10-18 il - 8%, dollardadırsa 5 ilədək - 1%, 5-10 il - 1.5%, 10-18 il - 2.5% hesablanır:
Gülnar Əhmədli, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!