Hansı banklarda onlayn depozit yerləşdirmək mümkündür? | Banco.az

Hansı banklarda onlayn depozit yerləşdirmək mümkündür?

Bankların rəqəmsal xidmətlərindən biri də depozit hesabın açılmasıdır. Bu yeni rəqəmsallaşmış xidmət yalnız 2 bankda - TuranBank və Ziraat Bankda mümkündür. Hesabı isə SİMA və ya ASAN imza vasitəsilə açmaq mümkündür. Digər banklarda isə əmanət yerləşdirmək üçün mütləq bankın filiallarına yaxınlaşmaq mümkündür.

Həmçinin bax: Manat əmanəti hansı banklarda daha sərfəlidir? - İyul 2022

Qeyd edək ki, araşdırma yalnız fiziki şəxslər üçün nəzərdə tutulan əmanətlərə aiddir.

Digər banklarda onlayn şəkildə depozit hesabı açmaq mümkün olmasa da, yerləşdirdiyiniz əmanətin məbləğini banka yaxınlaşmadan artırmaq mümkündür. Bu zaman bankın mobil tətbiqi vasitəsilə kartınızda olan məbləği depozit hesabınıza köçürməklə məbləği artıra bilərsiniz. Lakin bu funksiya bankların yalnız yığım və ya artırılması mümkün olan digər əmanətlər üçün keçərlidir. 

Həmçinin bax: Hansı banklardan krediti onlayn sifariş etmək olur?

Depozit yerləşdirdikdən sonra hesabdakı məbləği isə yalnız 8 bankda mümkündür. Bu banklarla aşağıdakı siyahıdan tanış ola bilərsiniz.

Bankda onlayn depozit hesabı açmağın və ya mövcud depozit məəbləğini artırmağın mümkün olmağından asılı olmayaraq siz depozit sifariş edə bilərsiniz. Bəzi banklar sadəcə ad, soyad və telefon nömrəni qeyd etməklə banka sifariş yerləşdirə bilərsiniz. Bank sizinlə əlaqə saxlayarkən xidmətlə bağlı əlavə suallarınızı və filiala yaxınlaşmaq üçün vaxt təyin edə bilərsiniz.

Həmçinin bax: Hansı banklardan onlayn kart sifariş etmək olur?

Aşağıdakı cədvəldə depozit yerləşdirmək üçün banklara onlayn müraciət linkləri yerləşdirilib. Linkə keçid etməklə müraciətlərinizi yerləşdirə bilərsiniz.

Banklar

Onlayn müraciət üçün link

AccessBank

Depozit sifarişi

Azər Türk Bank

Depozit sifarişi

BTB Bank

Depozit sifarişi

TuranBank

Depozit sifarişi

VTB Bank

Depozit sifarişi

Yelo Bank

Depozit sifarişi

Ən sərfəli kredit üçün müraciət et

 

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram