Hansı banklar əmanət girovu ilə daha sərfəli kredit verir? | Banco.az

Hansı banklar əmanət girovu ilə daha sərfəli kredit verir?

Əmanəti girov qoymaqla qarşılığında götürülən kreditin faizləri digər kreditlərdən az olduğundan müştərilərin diqqətini daha çox cəlb edir. Digər kreditlərin faiz dərəcələri 20-30% arasında dəyişirsə, əmanət girovu ilə olan kreditlərdə isə maksimum əmanət faizi + 6-7% qədər ola bilir. Faizlərin aşağı olması müştəri üçün cəlbedici olsa da, krediti qaytara bilmədikdə o, öz əmanətini itirir. Belə ki, əmanətini girov qoymaqla, o, öz əmanəti üzərində sərəncam vermək hüququnu banka verir. 

Həmçinin bax: Bankların əmanət girovu əsasında verdiyi kreditlər və şərtləri - Yeni 2022

Banco.az sizin üçün əmanət girovu ilə kredit verən bankları araşdırıb təqdim edir.

Kreditin məbləği banka qoyulan əmanətin müəyyən hissəsi qədər ola bilər. Kreditin müddəti, adətən, əmanətin müddətindən asılı olaraq dəyişir (əmanətin müddəti nə qədərdirsə, kreditin müddəti də o qədər nəzərə alınır). Kreditin faiz dərəcəsi bankdan asılı olaraq əmanətin faizinə üzərinə 3-7% əlavə olaraq hesablanır. 

Onu da qeyd edək ki, siyahı manatla qoyulan əmanəntlər əsasında manatla götürülən kreditlərə aiddir.

Həmçinin bax: Ən sərfəli nağd kreditlər hansı bankdadır?

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin bax: İpoteka kreditləri verən banklar - Siyahı

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram