Hansı bankın daşınmaz əmlak kreditinə daha çox tələb var? | Banco.az

Hansı bankın daşınmaz əmlak kreditinə daha çox tələb var?

Əgər bankın kredit portfelini üç hissəyə ayırsaq, onlardan biri və ən əsası da ipoteka, başqa sözlə desək daşınmaz əmlak kreditləridir. Bu növ kreditlər insanların mənzilə daha asanlıqla sahib olmasına şərait yaradır. Bu kreditlərin şərtləri əhalinin sosial qruplarına əsasən dəyişə bilir. Həmin kateqoriyaya daxil olan insanlar daha güzəştli şərtlərlə ipoteka krediti əldə edə bilər. Digərləri isə bankın öz daxili ipoteka kreditlərindən faydalana bilərlər.

İndi isə ötən il hansı bankların daha çox daşınmaz əmlak krediti verdiklərinə baxaq. Bankların bu növ kreditlərinin həcmi digər kreditlərə, yəni biznesistehlak kreditlərinə nisbətən daha azdır. Buna səbəb isə kredit məbləği daha yüksək olduğu üçün (istehlak kreditinə nisbətən) kredit əldə etməklə bağlı tələblərin də yüksək olmasıdır (məsələn, ilkin ödəniş, kreditin aylıq ödənişi, girov və s.).

Banklar arasında ötən il ərzində daşınmaz əmlak kreditlərinin həcminə görə 734 milyon manatla ABB bank birinci yerdədir. Kredit portfelində daşınmaz əmlak kreditlərinin payı 50%-dən çox olan isə yalnız bir bank var. Bu da 67%-lə BTB Bankdır. Bankların kredit portfelləri ilədaha ətraflı buradan tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram