GÜNƏ YAXŞI BAŞLAMAĞIN YOLLARI | Banco.az

GÜNƏ YAXŞI BAŞLAMAĞIN YOLLARI

Bəzilərimiz günə çox yüksək əhval-ruhiyyədə başlayarkən bəzilərimiz də günorta saatlarına kimi yataqdan qalxmırıq. Çoxumuz üçün səhərlər sadəcə iş günü anlamına gəlir və evdən çıxmağa sadəcə buna görə tələsirik. Əlbəttə ki,işə gedənə kimi ailədə,yolda,havayla bağlı bir çox problemlərlə üzləşirik. Və problemlərimizi də özümüzlə birgə işə aparır , mənfi enerjini iş yoldaşlarımıza da ötürürük.

Günə yaxşı başlamaq öz əlimizdədir. Necə?

Gününüzü gecədən planlaşdırın: Biz nəyə görə günə hazır şəkildə başlamırıq? Əgər axşamdan ediləcəklərin siyahısını hazırlasaq,məsələn,səhər menyusunu və ya geyecəyimiz paltarları,onda səhər daha rahat şəkildə oyanarıq. Və paltarlara və ya maşının açarını hara qoyduğumuza,əl çantamızı yığmağa gedən vaxta da qənaət etmiş olarıq.

15 dəqiqənizi meditasiyaya ayırın: Bəzilərimiz sadəcə erkən oyanmamaq üçün bunu etmirik. Amma meditasiya ilə məşğul olmaq beyni və düşüncələri inkişaf elətdirir. Həmçinin,diqqətimizi bir arada toplamağa və mənfi enerjini uzaqlaşdırmağa köməl edir. Dua positiv bir enerji yaradır insan beynində.

Ruhlandırıcı nələrsə oxuyun: Günə qəzet oxumaqla başlamaq heç də yaxşı fikir deyil. Çünkü,orda üzücü xeberler de oxuya bilərik. Bir neçə həvəslədirici,əhvalə artıran və hətta yumoristik kitablar da oxuya bilərik. Bunlar bizə gün boyu müsbət əhval-ruhiyədə qala bilməkdə yardım edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Çiçəklər müsbət təsir edir: Araşdırmalar göstərir ki,oyananda parlaq rənglər görmək enerjini və əhvalı artırır.  Ona görə də, oyananda görə biləcəyiniz bir yerə rəngli çiçəklər qoyun. Təsirini görəcəksiz.

Kofeni yaşıl çayla əvəz edin: Kofe günə başlamaq üçün yaxşı vasitədir amma tərkibindəki acılıq sizdə mədə rahatsızlığı,iştahasızlıq yarada bilər. Bunun əvəzinə bir fincan rahatlaşdırıcı yaşıl çay için. Bu sağlığınız üçün də çox faydalıdır.

Yoga hərəkətləri(idman hərəkərtləri) edə bilərsiz: Günə idman edərək başlamaq sizə çox yaxşı hiss elətdirəcək. Bu həm bədəniniz üçün də yaxşıdır və həm də yaranmış endorfin beyninizi oyaq tutaraq sizdə xoş hisslər yaradacaq. Bəzi yoqo hərəkətləri sizə nəfəsinizi nəzarətdə saxlamağa,əzələrinizi möhkəmləndirməyə və enerjini artırmağa yardım edəcək.  Sizin bədəniniz və zehniniz dünyanı fəth etməyə hazır olacaq.

Sevdiyiniz insanlarla görüş təyin edin: Sevdiyiniz bir insanla görüş həyəcanı səhərə müsbət başlamaq üçün əla vasitədir. Əylənəcıyiniz,xoç vaxt keçirə biləcəyiniz bir görüş sizdə elə həyəcan yaradacaq ki,oyanmağınız üçün alarma ehtiyacınız olmayacaq. Mümkün olduqca belə görüşlərin sayını artırın.

          Axı günə yaxşı başlamaq öz əlinizdədir :)