Günay Bank-ın öhdəlikləri 2 dəfə artıb - HESABAT | Banco.az

Günay Bank-ın öhdəlikləri 2 dəfə artıb - HESABAT

Günay Bank 31 mart 2018-ci il tarixinə maliyyə göstəricilərini açıqlayıb.

Sözügedən dövrə, bankın cəmi aktivləri 191,810 mln. manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 53,9% çoxdur. Qeyd edək ki, 2017-ci ilin sonunda bankın cəmi aktivləri 192,210 mln. manat idi. Bankın cəmi aktivlərinin həcmində nağd vəsaitlər 31,641 mln. manat, Mərkəzi Bankda və digər banklarda müxbir hesablardakı vəsaitlər 11,388 mln. manat, banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər 11,812 mln. manat təşkil edib.

Cari ilin ilk rübündə, bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 146,347 mln. manat olub ki, bu da ötən ilin son göstəriciləri ilə müqayisədə 4,9% çoxdur.

Günay Bank-ın öhdəlikləri 1 il ərzində 2 dəfəyə qədər artaraq 130,212 mln. manata çatıb. Öhdəliklərin həcmində depozit portfeli isə 89,475 mln. manat məbləğində qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

KAPİTALI ARTIB

Günay bank-ın kapitalı ötən ilinbirinci rübü ilə müqayisədə cari ilin ilk rübündə 4,5% artaraq 58,929 mln. manatdan 61,597 mln. manata yüksəlib. 

MƏNFƏƏTİ 1,267 MLN. MANATDIR

2018-ci ilin ilk üç ayında əməliyyat mənfəəti 1,837 mln. manat olan bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 571 min manat ayırıb və nəticədə, sözügedən dövrü 1,267 mln. manat xalis mənfəətlə başa vurub.