Kriptovalyuta ticarəti ilə məşğul olan və bu işə yeni başlayan bir çox insan ən yaxşı kriptovalyuta birjalarını axtarır. Xüsusilə, rəqəmsal valyutaların məşhurlaşması birjaların sayını da bir xeyli artırdı.
Birjalar kriptovalyutaların alındığı, satıldığı, digərləri ilə dəyişdirildiyi, ənənəvi valyutalara çevrildiyi yerdir. Onlar kriptovalyuta bazarı üçün imtinası qeyri-mümkün olan vasitələrdir. Birjalara kriptovalyutalara praktik istifadə yolu təqdim edən və tələbi artıran komponentlərdəndir.
Əlverişli birja seçmək istəyərkən kiçik də olsa, araşdırma aparmalısınız. Çünki son vaxtlar bəzi birjalarda kiber hücum, saxtakarlıq kimi mənfi hallar baş verir. Buna görə də bazara yeni daxil olmusunuzsa, seçəcəyiniz birja çox vacibdir.
Ən yaxşı 5 kriptovalyuta birjasını təqdim edirik:
5. “Cryptopia”
Yeni Zelandiyada yerləşən “Cryptopia” birjasının ən vacib xüsusiyyəti heç də məşhur olmayan altcoinləri siyahıya almasıdır. “Cryptopia” istifadəçiləri P2P sistemi ilə bütün məhsulları kriptovalyutalarla ala bilərlər və digər xidmətlərdən də yararlanarlar.
Birjanın qeydiyyat sistemi də digərləri ilə müqayisədə asandır. Hər yerdə bu birjanın əaliyyətindən istifadə etmək olar.
Ancaq birjanın mənfi cəhətlərindən biri ənənəvi dövlət valyutası kimi yalnız Yeni Zelandiya dollarlarından istifadə etməsidir. Komsissiya xərcləri çox aşağıdır. İstifadəçilər üçün bəzi mükafatlar nəzərdə tutulub.
“Cryptopia” bazarda gəlir qazanmaq istəyənlər üçün yaxşı seçimdir. Eyni zamanda, bazardakı digər birjalarla müqayisədə istifadəçi interfeyinin köhnəlmiş olduğunu söyləmək lazımdır.
4. “Coinbase”
Kriptovalyuta bazarında ən etibarlı birjalardan biri də “Coinbase”-dir. Təxminən 30 ölkədə fəaliyyət göstərir.
Birja olmaqla yanaşı, onlayn cüzdan kimi də xidmət edir. Xüsusilə, təhlükəsizlik standartları ilə diqqət çəkir. Sistemə yatırılan hər bir kriptovalyuta sığortalanır.
Çirkli pulların yuyulması və vergidən yayınma halları ilə mübarizədə dövlətlər və əlaqədar təşkilatlarla əməkdaşlıq edir. “Coinbase”-dən istifadə edən şəxslər kredit və ya bank kartları ilə digər kriptovalyutalar ala bilir.
Bunlarla yanaşı, bəzi problemlər də mövcuddur. Xüsusilə, bir çox istifadəçi birjadaxili azadlıqlarını itirdiklərini söyləyir, buna səbəb kimi isə “Coinbase”-in hesabları dondurmaq və ya ləğv etmək imkanına malik olması göstərilir.
Dünyanın hər yerindən kriptovalyuta istifadəçilərinin sistemə axın etməsi müştəri xidmətlərinin köhnə standartlarla çalışmasından dolayı çətinlik yaradır. Birja son vaxtlar bu problemi həll etmək istiqamətdə addımlar atır.
3. “KuCoin”
Kriptovalyuta bazarındakı rəqibləri ilə müqayisədə bu yolda yeni addımlar atan “KuCoin” uğur qazana bildi.
Yüksək səviyyəli bir platforma ilə irəliləyən birja istifadəçilər üçün əlverişli xidmətlər təqdim edir. Ən əsası, komissiya xərcləri olduqca aşağıdır. Birjanın qazandığı mənfəətin müəyyən hissəsinin istifadəçilər arasında paylanması da “KuCoin”-i unikal edir. Təhlükəsizlik məsələsində də ciddi tədbirlər görür.
Birjanın ən mənfi cəhəri isə ənənəvi pullarla investisiya qəbul etməməsidir.
2. “Bittrex”
Bir çox analitik və kriptovalyuta mütəxəssisinə görə, “Bittrex” təklif etdiyi yüksək keyfiyyətə görə indiki kimi məşhurlaşıb. 4 peşəkar təhlükəsizlik sistemi tərəfindən 2014-cü ildə açılan birjanın ən böyük üstünlüyü ABŞ qanunları ilə tənzimlənməsidir. Əməliyyatların qısa zamanda yerinə yetirilməsi ilə fərqlənir.
İki tərəfli autentifikasiya sistemindən istifadə edən və yüksək səviyyədə təhlükəsiz platformasına malik olan “Bittrex” 190-dan çox kriptovalyuta ilə əmliyyat reallaşdırır. “Bittrex”-in ən vacib xüsusiyyətlərindən biri də xeyli başadüşülən olmasıdır.
Bəzi xırda problemlərdən şikayətlənənlər də var. Yeni üzv qəbulunun zaman-zaman dayandırılması bunlardan biridir.
“Bittrex” də heç bir ənənəvi valyutanı qəbul etmir.
1. “Binance”
2017-ci ildə yaradılmasına və bazarda yeni olmasına baxmayaraq, böyük uğurlar qazanıb. Son vaxtlar mütəlif məzmunlu əbərlərlə gündəmə gəlir. Yaşadığı bəzi problemlərə görə Maltada yerləşən birja əvvəllər Çində idi.
“Binance” öz kriptovalyutası olan Binance Coin-i (BNB) təqdim edərkən bu coin yalnız ön satışla 15 milyon dollar topladı.
Çox təcrübəli və yeniliyə açıq komanda tərəfindən idarə edilir. Ən böyük sistem özəlliyi isə saniyədə 1.4 milyon istəyə cavab verə bilən möhtəşəm transfer sürətidir. Transfer haqqı da aşağıdır.
“Binance”-ı rəqiblərindən fərqləndirən bir cəhəti də mobil tətbiq və onun rahatlığıdır. Bu tətbiq minlərlə istifadəçini özünə cəlb etdi. Bütün bunları nəzərə alsaq, birjanın yeni nailiyyətlər qazanması qaçılmazdır.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.