G20 ölkələrində iqtisadi artım cüzi dəyişiklik göstərib | Banco.az

G20 ölkələrində iqtisadi artım cüzi dəyişiklik göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

2024-cü ilin ilk rübündə G20 ölkələrində iqtisadi artım orta hesabla 0,9 faiz təşkil edib.

Banco.az xəbər verir ki, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (İƏİT) cari ilin birinci rübünün aparıcı iqtisadi artım məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, G20 ölkələrində iqtisadi artım əvvəlki rübdəki 0,7 faizlə müqayisədə bir qədər artıb. Belə ki, G20 ölkələrinin iqtisadiyyatları bu ilin birinci rübündə əvvəlki rüblə müqayisədə orta hesabla 0,9 faiz artıb.

Qeyd edilib ki, iqtisadi göstəricilərin hərəkətverici qüvvəsi Çin və Hindistan iqtisadiyyatlarındakı artım olub. Çin, Hindistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və İndoneziyada ümumi G20-dən daha yüksək artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyə 2,4 faiz ilə G20 ölkələri arasında ən yüksək iqtisadi artıma sahib ölkə olub ki, onu 1,9 faizlə Hindistan, 1,6 faizlə Çin, 1,4 faizlə Səudiyyə Ərəbistanı, 1,3 faizlə Cənubi Koreya və 1,2 faizlə İndoneziya izləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et