G20-də kriptovalyutalarla bağlı 10 vacib müddəa | Banco.az

G20-də kriptovalyutalarla bağlı 10 vacib müddəa

Ötən həftə Buenos-Ayres şəhərində təşkil olunan G20 toplantısında dünyanın böyük iqtisadi gücləri bir araya gəldi. Kriptovalyutalar da müzakirə edildi və verilən açıqlamalar hər hansı qadağaya işarə etmirdi.

Kriptovalyutaların tənzimlənilməsi məsələsi iyunda G20 ölkələrinə təklif olunacaq. G20 toplantısında kriptovalyutalarla əlaqədar səsləndirilən fikirləri təqdim edirik:

1. Kriptovalyutalara və Blockchain-ə bütün ölkələr uyğunlaşmalıdır.

G20 iştirakçıları kriptovalyutaların iqtisadi sistemini dəyişə biləcəyini qəbul etdi. Əksər ölkə maliyyə texnologiyalarının inkişafı üçün yardım siyasətini başlaya bilər.

2. Ənənəvi iqtisadiyyatın sonu yaxınlaşır

Maliyyə nazirləri ənənəvi sistemin sürətlə dəyişdiyini qəbul edirlər. Rəqəmsal dövrdə iqtisadiyyatı texnologiyadan uzaq tutmağın yaxşı fikir olmadığı bildirilib.

3. Tənzimləmələr vacibdir

İqtisadiyyat rəqəmsal olsa da, insanlar realdır. Buna görə, tənzimləmələr etmək lazımdır. Tənzimləyici orqanlar da bu istiqamətdə addımlar atmaq istəyir.

4. Tənzimləmə olsun, qadağa isə yox

G20 ölkələri yekdilliklə kriptovalyutaların vacib olduğunu və iqtisadi inqilab yaradacağını qəbul etdi. Qadağanın düşünülmədiyi, ancaq tənzimləmənin vacibliyi vurğulanıb.

5. Vergiyə cəlb olunmalıdır

Ölkələr tərəfindən ediləcək tənzimləmələrin texnoloji inkişafın qarşısını almaması gərəkdir. Buna baxmayaraq, mənfəətdən vergi tutulması gözlənilir.

6. İlk tənzimləmə təklifləri iyun ayında təqdim ediləcək

G20 tənzimləmələrinin önündə mərkəzi bank rəhbərləri, Çirkli Pulların Yuyulmasının Qarşısının Alınması üzrə Maliyyə İşçi Qrupu (FAFT) və İqtisadi İnkişaf və Ticarət Təşkilatı (OECD) gəlir. İyun ayında keçiriləcək üçüncü yığıncaqda tənzimləmələr masaya qoyulacaq.

7. Kriptovalyutaların qeyri-qanuni istifadəsi qadağan olunmalıdır

Tənzimləmələr əsasən bu istiqamətdə aparılacaq. Terrorizm, çirkli pulların yuyulması, istehlakçı hüquqları və ICO saxtakarlıqları ilə bağlı fəaliyyət nəzarətə götürüləcək.

8. İstifadəçilərin şəxsiyyəti təsdiq edilməlidir

Hələlik kriptovalyuta əməliyyatlarının necə təqib edilməsinə dair fikir yoxdur. Bununla belə, müştəri identifikasiya sistemləri və rəqəmsal şəxsiyyətlərə üstünlük veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

9. Avropa ölkələri lider olmaq istəyir

Avropa ölkələri tənzimləmələri idarə etmək istəyir və G20-nin iyundakı konfransından əvvəl Avropa qitəsi toplantısı keçiriləcək.

10. Bəzi ölkələr öz tənzimləmələrini tətbiq edəcək

Toplantıda rəsmi müzakirə olunmasa da, kriptovalyutalar haqda bir çox pərdəarxası məqamlar var. Yaponiya, Puerto Riko və ABŞ-ın tənzimləmələri qarşıdakı görüşlərdə müzakirə oluna bilər.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az