"Ford" ucuz qiymətə elektromobillər istehsal etməyə hazırlaşır | Banco.az

"Ford" ucuz qiymətə elektromobillər istehsal etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın avtomobil nəhəngi “Ford” ucuz elektrik avtomobilləri istehsal edən şirkətə çevrilmək üzrədir.

Banco.az xəbər verir ki, elektriklə işləyən nəqliyyat vasitələri sektorunda ixtisaslı işçilərə tələbat son zamanlar artmaqda davam edir.

“Ford” da gizli ucuz elektrik avtomobil komandası yaratmaq üçün “Rivian”, “Tesla”, “Lucid Motors” kimi şirkətlərdən faydalanır. Belə ki, “Ford” “Rivian”dan 50-yə yaxın, “Tesla”dan 20 və maddi problemlər yaşayan “Canoo”dan isə onlarla işçini öz heyətinə cəlb edib.

“Ford” həmçinin layihə üzərində işləmək üçün Formula 1 komandalarından iki yüksək səviyyəli aerodinamikaçı işə götürüb.

Şirkətin Baş İcraçı Direktoru Cim Farli məsələ ilə bağlı fikirlərini bölüşüb:

Ən sərfəli kredit üçün müraciət et

“Bizim elektromobil komandalarımız əsasən elektriklə işləyən nəqliyyat vasitələrində qiymət və səmərəliliyə diqqət yetirir, çünki son rəqabət səmərəli “Tesla” və “Çin” məhsulları ilə olacaq."

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et