Müəllif: Gülnar Əhmədli, Banco.az
Yanvar ayında Azərbaycanda fəaliyyət göstərən bankların əmanət portfeli 2% artıb. Əmanət portfelinin 55.4%-i (7,113 mln. manat) müddətli əmanətlərdən ibarət olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hüquqi şəxslərin tələbli depozitləri 17,499.8 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 79%-ni təşkil edib.
Məlumata görə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 3.8 faiz bəndi azalaraq 35% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!