Müəllif:Mehin Qasımova/Banco.az
Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Misirin xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini stabil proqnozla “B-” səviyyəsindən “B” səviyyəsinə yüksəldib.
Banco.az xəbər verir ki, müvafiq bəyanat agentliyin saytında dərc olunub.
Məlumata görə, Misirin reytinq göstəriciləri azaldılmış xarici risklər, siyasətə düzəlişlər, xarici ehtiyatların artırılması, yeni kapital axını, daha çevik məzənnə və sərtləşdirilmiş monetar şərtlərlə dəstəklənir.
"Bloomberg" qeyd edib ki, "Fitch" 2019-cu ildən bəri ilk dəfə Misirin kredit reytinqini yüksəltdib.