Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən ay Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli 1.1% və ya 266.7 mln. manat artaraq 23 milyard 833 milyon manat olub.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların kredit portfeli illik müqayisədə 4 milyard 76 milyon manat və ya 20.6% artıb.
Kredit portfelinin 13 milyard 63 milyon manatını biznes kreditləri (illik 20.6% çox), 7 milyard 77 milyon manatını istehlak kreditləri (illik 20.7% çox), 3 milyard 692 milyon manatını isə ipoteka kreditləri (illik 20.7% çox) təşkil edib.
Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 150.8 mln. manat (+1.2%), 69.3 mln. manat (+1%) və 46.5 mln. manat (+1.3%) artıb.
Kredit portfelinin artımının 54.8%-i biznes, 29.7%-i istehlak, 15.5%-i isə ipoteka kreditləri hesabına təmin edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!