Müəllif: Tamara Mustafayeva, Banco.az
“Ferrari” ən yeni və ən bahalı modelini təqdim edib.
Banco.az xəbər verir ki, “Ferrari” uzun müddətdən sonra yeni super avtomobili F80-i təqdim edib.
“Ferrari” 11 il sonra ilk yeni superkarını ictimaiyyətin bəyənisinə təqdim edib. 1980-ci illərin məşhur dizaynına futuristik rəng qatan 3,6 milyon avro (3,9 milyon dollar) dəyərindəki yeni avtomobil "F80" adlanır.
İtalyan lüks avtomobil istehsalçısı “Ferrari” verdiyi açıqlamada 1200 at gücünə malik V6 hibrid mühərrikli yeni F80-nin indiyə qədərki ən bahalı modellərindən biri olduğunu və onlardan yalnız 799 ədədinin istehsal olunacağını bildirib.
Avtomobilin tədarükü 2025-ci ilin sonundan əvvəl başlayacaq.
Qeyd edək ki, dünyada dəbdəbə xərclərinin azalmasına baxmayaraq, dəyəri 1 milyon dollardan çox olan yüksək səviyyəli superkarlara tələbat güclü olaraq qalır. İtaliyada F80-in standart qiyməti 3,6 milyon avro olacaq, digər ölkələrdəki qiymətlər isə daha sonra açıqlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!