Facebook sosial şəbəkəsində istifadəçilərə tanıdıqları insanları göstərmək üçün iki faktorlu identifikasiya ilə təmin olunan telefon nömrəsindən istifadə dayandırılır.
Bu haqda Facebookdan məlumat yayılıb.
Yeni qaydalar artıq Ekvadorda, Efiopiyada, Pakistanda, Liviyada və Kambocada tətbiq olunur. Digər ölkələrdə isə 2020-ci ilin əvvəlindən tətbiq olunacaq.
Qeyd edək ki, bu qanun cari ilin iyun ayında Facebookun 5 milyard dollar cərimələnməsindən sonra qəbul edilib. Cərimə, şirkət tərəfindən istifadəçinin fərdi məlumatlarını saxlama qaydalarının pozulması ilə bağlı olub.
Ted.az