Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar-avqust aylarında xarici mənbələrdən əsas kapitala 2 milyard 528,3 milyon manat vəsait yönəldilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin ilk 8 ayı ilə müqayisədə 11.2% çoxdur.
Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2284,9 milyon manatı (90,4 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Fransa, Yaponiya, Rusiya, İsveçrə və Norveç sərmayədarlarına məxsus olub.
Bizi sosial şəbəkələrdən izləyin!!