Banco.az portalı bank rəhbərlərni və sektorun qabaqcıl nümanəndələrini sizə tanıtmaqda davam edir.
Hal hazırda Emil Həsənov AmrahBankın İdarə Heyətinin Sədri, eyni zamanda “Aktiv və Passivlərin İdarə edilməsi” və “İnsan Resurslarının İdarə edilməsi” komitələrinin sədridir. Bankın Xəzinədarlıq Departamentinin formalaşmasında, onun siyasəti və prosedurlarının müəyyən edilməsində mühüm rol oynayıb. O, həmçinin 2016-ci ildəki təyanından öncə uzun müddət sədrin səlahiyyətlərini icra edib.
Təhsil
Cənab Həsənov “Azərbaycan Dövlət İqtisad Universiteti”ni Bakalavr və Magistr dərəcələri ilə, “Moskva Dövlət Universiteti”nin “Ali Biznes Məktəbi”ni isə ABŞ-ın “Northeastern University” Universiteti ilə partnyorluq çərçivəsində “Executive MBA” dərəcəsi ilə bitirmişdir.
Karyera
Bank sahəsində iş təcrübəsi 16 ildir.
İş fəaliyyətinə 2001-ci ildə Azərbaycan Beynəlxalq Bankında başlayıb. 2002-2009-cu illər ərzində “Nikoyl” İKB-də “Xəzinədarlıq və Bazar Əməliyyatları” Biznes Blokunun rəhbəri vəzifəsində çalışmışdır. “Amrahbank” ASC-də fəaliyyətini 2009-cu ildən başlamışdır. Həmin ildən İdarə Heyətinin üzvü, Aktiv və Passivlərin İdarə edilməsi Komitəsinin sədri olmuşdur.
1979-cu il təvəllüdlüdür.
AmrahBank
2017-ci ilin birinci rübünə olan məlumata əsasən AmrahBankın məcmu kapitalının həcmi 52 mln 898,17 min manat təşkil edir. Həmin dövrə olan göstəriciyə əsasən, bankın cəmi aktivlərinin həcmi 240 mln 306 min manatdır. Bank ilk rübü 1 mln 450 min manat mənfəətlə başa vurub
Bank səhmlərinin 45.84%- mərkəzi ofisi Bəhreyndə yerləşən “Beynəlxalq İnvestisiya Bankı"na məxsudur. Səhmlərin qalan hissəsi isə fiziki şəxslərə aiddir.