Ən çox satılan kompüter markaları hanıslardır? - ARAŞDIRMA | Banco.az

Ən çox satılan kompüter markaları hanıslardır? - ARAŞDIRMA

Ötən əsrin əvvəllərindən inqilabi yeniliklərdən biri də kompüterlərin yaranması olub. İlk vaxtlar kompüterlərin çox böyük olmağına baxmayaraq, ondan ancaq hesablama əməliyyatları aparmaq olurdu. Həmçinin kompüterin mausu belə taxtadan idi. Texnologiyanın sürətlə inkişafı artıq cib kompüterlərin yaranmasına gətirib çıxarıb. Kompüter o qədər həyatımızın parçasına çevrilib ki, demək olar ki, hər evdə kompüter var. Hazırda dünyada 2 milyard kompüter var.

Azərbaycanda 2018-ci ildə əhalinin 72-73%-i kompüter istifadə edir. Bu göstərici 10 il bundan qabaq 31% idi. İstifadə edənlərin əksəriyyəti evdə, 21% istifadəçi işdə, yerdə qalan hissə isə təhsil müəssisələrində istifadə edir. İstifadəçilərin 80-81%-i isə hər gün komputerdən istifadə edir. Yaş qruplarına görə baxdıqda isə ən çox 24 yaşadək olanlar kompüter istifadə edirlər. Bu yaşadək olanların 40%-i, 35-64 yaşlı insanların 33%-i, 25-34 yaşda olanların isə 26%-i kompüterdən istifadə edir.

Bu kompüterlər müxtəlif şirkətlər tərəfindən istehsal olunur. Bəs ən çox komputer satışı hansı markalara məxsusdur?

Kompüter istehsalçılarının 6-sı ümumi bazarın 80% hissəsinə sahibdirlər. Ən çox bazar payı isə Lenovo şirkətinə məxsusdur. Bu şirkət 2018-ci ild 58.5 milyon komputer satışı ilə bütün şirkətləri qabaqlayır. Daha çox bazar payına sahib olmaq, daha çox satış etmək eyni zamanda məhsulun keyfiyyətindən də xəbər verir.

Şirkət

Satılan kompüterlərin sayı

Bazar payı

1

Lenovo

58,467,000

22,5%

2

HP

56,332,000

21,7%

3

Dell

41,911,000

16,2%

4

Apple

18,016,000

6,9%

5

Acer

15,729,000

6,1%

6

ASUS

15,537,000

6,0%

7

Others

53,393,000

20,6%

Ən sərfəli kredit üçün müraciət et

Tərlan Qəhrəmanova, Banco.az