Ən çox pul köçürmə sistemi olan 6 bank | Banco.az

Ən çox pul köçürmə sistemi olan 6 bank

Məlumdur ki, hazırda istər daxili, istərsə də xarici ölkələrə bank hesabı açmadan pul köçürmələrini həyata keçirmək üçün sürətli pul köçürmələri sistemindən istifadə olunur. Bu sistemlərdən banklara müraciət etməklə istifadə edilir və təbii olaraq hər sistemə uyğun olaraq müəyyən komission haqq tutulur.

Hər bir sistem ölkədaxili və ya beynəlxalq olmasına, köçürülən pulun göndərilə biləcəyi ölkələrin sayına və tutulan haqlara görə bir-birindən fərqlənir.

Bu günki araşdırmamızda ən çox pul köçürmələri sistemi mövcud olan bankların siyahısını sizlər üçün topladıq:

1. Unibank. Ən çox pul köçürmələri sistemi mövcud olan banklardan biri Unibank-dır. Western Union, Leader, Blizko, Monex, Privat Money, UPT, Contact, Faster, Zolotaya Karona, Unitransfer (bankın özünə məxsus təcili pul köçürmələri sistemi) olmaqla 10 pul köçürməsi sistemi mövcuddur.

2. AFB Bank. Bankın 9 pul köçürmə sistemi mövcuddur, bunlar: Western Union, Contact, Leader, Zolotaya Karona, Monex, Blizko, IBA Express, Xəzri, AFB Transfer (Bankın özünə məxsus olan köçürmə sistemi).

Ən sərfəli kredit üçün müraciət et

3. AccessBank.  8 pul köçürmələri sistemi ilə AccessBank da ən çox köçürmə sistemləri olan banklar arasında yer alıb. Bu sistemlərə aiddir: Western Union, Leader, Blizko, Forsaj, Monex, Contact, Zolotaya Karona, Access Transfer (AccessBanka məxsus olan pul köçürmələri sistemi).

4. Rabitəbank. Western Union, Leader, Blizko, Monex, Zolotaya Karona, Contact, Iba Express, Manat Express olmaqla 8 pul köçürməsi sistemi mövcuddur.

5. Beynəlxalq Bank. ABB-da 8 köçürmə sistemi fəaliyyət göstərir: Western Union, Leader, Blizko, Forsaj, UPT, Contact, Iba Express, Manat Express.

6. Xalq Bank. UPT, Leader, Western Union, Contact, Monex, Blizko, Iba Express, Manat Express olmaqla 8 pul köçürmə sistemi var

Pul köçürmələrinizi sürətli şəkildə həyata keçirmək və pulunuzu istədiyiniz məntəqəyə asanlıqla göndərmək istəyirsinizsə bu siyahıdan yararlana bilərsiniz.