Müəllif: Gülnar Əhmədli, Banco.az
İsveçrənin "UBS" bankı son illik hesabatında qlobal sərvət bərabərsizliyində bir qədər azalma olduğunu, dünyanın ən zəngin 1 faizinin sahib olduğu sərvət payının 2021-ci ildəki 45,6 faizdən 2022-ci ildə 44,5 faizə düşdüyünü açıqlayıb. Ötən il dünyada dollar milyonçularının sayı isə 3,5 milyon azalaraq 59,4 milyona enib (qlobal sərvətə görə).
Banco.az Bankın hesabatına istinadən xəbər verir ki, 21-ci əsrin əvvəlindən ABŞ dolları ilə milyonçuların sayı kəskin artıb. 2000-ci ildə dünyada 14,7 milyon milyonçu var idi ki, bu da son 20 ildə dörd dəfə (300 faiz) artım deməkdir.
ABŞ dollar milyonçularının ən böyük kontingentinə (22,7 milyon nəfər) ev sahibliyi edir. Ən çox milyonçusu olan ölkələr aşağıdakılardır:
ABŞ: 22,7 milyon
Çin: 6,2 milyon
Fransa: 2,8 milyon
Yaponiya: 2,8 milyon
Almaniya: 2,6 milyon
Böyük Britaniya: 2,6 milyon
Kanada: 2,0 milyon
Avstraliya: 1,8 milyon
İtaliya: 1,3 milyon
Cənubi Koreya: 1,3 milyon
Bizi sosial şəbəkələrdən izləyin!!