Ən çox brilyant istehsal edən ölkələr | Banco.az

Ən çox brilyant istehsal edən ölkələr

Qanlı almazlar haradan gəlir?

 Heç şübhəsiz ki, cinsindən asılı olmayaraq hər kəsin ən çox arzu etdiyi, kimisinin varlanmaq, kimisinin də gözəl görünmək məqsədilə arzusunda olduğu qiymətli daş məhz brilyantlardır. Həyatlarını təhlükə altına qoymaqlarına baxmayaraq  brilyant mədəni sənayesində çalışanlar daha çox almaz əldə etmək  üçün riskli yollara əl atırlar və elə buna görə də yer altından çox çətinliklə çıxarılandan, təmizləndikdən və şəklini dəyişdikdən sonra onsuz da qiymətli olan bu daşlar, daha da bahalaşır və öz dəyərinə əlavə dəyər qatır.

 İlk vaxtlar dünyada ən çox almaz Mərkəzi və Cənubi Afrika ölkələrində istehsal edilirdi. Lakin  sonralar yeni almaz mədənləri aşkar edildiyindən Afrika bu nüfuzunu itirmiş sayıldı və o, artıq daha çox brilyanta sahib olan ərazi hesab olunmur.

Almaz aşkar edildikdən və ən qiymətli daşa çevrildikdən sonra daha çox brilyant əldə etmək uğrunda  insanlar arasında çoxsaylı xoşagəlməz narazılıqlar yaşanıb və bu cür narazılıqlar sonda Afrika ölkələrində vətəndaş müharibələrinə , müxtəlif münaqişələrə səbəb olacaq qədər böyüyüb.   Leonardo Di Kaprionun baş rol oynadığı “Qanlı almaz” (Blood Diamond) filmində mədən sənayesinin çətinliyi, sərtliyi  aydın təsvir olunur. Afrika xaricindəki digər  ölkələrdə  məsələn, Rusiya və Kanadada  brilyant mədən sənayesinə ciddi nəzarət həyata keçirilir.

 Dünyada ən çox brilyant istehsal edilən ilk 10 ölkənin siyahısı

10. Braziliya

 Cənubi Amerika ölkəsi olan Braziliya bu siyahıda 10-cu pillədədir. Braziliya yalnız təntənəli festivalları, insan qaynayan çimərlikləri və qəhvə toxumları ilə məşhur deyildir. Ölkə dünyaya  yeraltı sərvət kimi ixrac etdiyi filizlə tanınsa da,  ümumdünya brilyant istehsalının 0.5%-ni təşkil edən Braziliya brilyantı  siyahıda  10-cu yerdə dayanmaqla dünyada qürur verici bir statusa malikdir.

9. Qana

 Brilyant istehsalına görə dünyada 9-cu sırada yer alan Qana Afrika ölkəsidir. Qana müxtəlif sənaye mineralları, neft və təbii qaz   zənginlikləri içində üzən iqtisadiyyata malikdir. O həmçinin dünyanın ən böyük kakao istehsalçısıdır.

8. Namibiya

Daha bir Afrika ölkəsi də siyahıda 8-ci yerdədir. Söhbət dünyada daha çox Kalaxari Səhrası ilə  tanınan Namibiyadan gedir. İqtisadiyyatında mədən sənayesi, manufakturalar, turizm və aqrar sənaye əsas yer tutur. Namibiya həmçinin zəngin brilyant ölkəsidir və onun sahib olduğu brilyantın dəyəri 0.41 milyard dollar həcmindədir. Bu da ümumdünya brilyant istehsalının 1.3%-ni təşkil edir.

7. Anqola

Siyahıda 8-ci yeri qazanan Anqola vəhşi təbiəti və təbii sərvətlərlə zəngin bir ölkədir. Ölkə iqtisadiyyatı vətəndəş müharibəsindən sonra acınacaqlı bir hala gəlmiş və yalnız 2002-ci ildə bərpa olunmuşdur. Anqola yeraltı sərvətlərdən əsasən brilyantla zəngindir. Ölkə gəlirinin 60%-ni brilyant və yanacaq istehsalı tutur.

Ən sərfəli kredit üçün müraciət et

6. Kanada

Bu çoxlarına təəccüblü görünə bilər amma Kanada siyahıda 6-cı yerdə olmaqla Afrika ölkələrinin tilsimini qırır. Bəli Kanadanın brilyant istehsalı 1.47 milyard dollar dəyərindədir və elə ölkə iqtisadiyyatının  və  milli gəlirinin əsasını brilyant istehsalı təşkil edir.

5. Cənubi Afrika

Cənubi Afrika Respublikası ən çox brilyanta sahib olan ölkələr siyahısında 5-ci yerdə dayanır. Bu ölkə möhtəşəm, nəfəskəsici məkanları ilə  dünyanın ən çox səyahət olunan yeridir. Bu ölkədə brilyant həddindən çoxdur. Ölkə iqtisadiyyatının böyük hissəsi brilyant istehsalından gələn gəlirdən asılıdır.

4. Avstraliya

Brilyantla zəngin növbəti ölkə Avstraliyadır. Dünyanın ən zəngin ölkələrindən biri olan Avstraliya bu zənginliyini istehsal sənayesinə, ,kənd təsərrüfatı məhsulları, xüsusən yun, buğda minerallar və enerji ehtiyatlarının bolluğuna borcludur. Ölkə kömür, dəmir yataqları, qızıl və əlbəttə brilyant kimi təbii sərvətləri ilə beynəlxalq səviyyədə tanınır.  Avstraliya dünya bazarındakı brilyantın  13% -nə malikdir.

3. Konqo Demokratik Respublikası

10-luqda 3-cü yerə sahib olan ölkə Konqo Demokratik Respublikasıdır. Ölkənin əhalisi dünyanın ən kasıbları sırasındadır. Lakin buna baxmayaraq Konqo təbii sərvətlərlə və xüsusən də brilyantla zəngin coğrafi əraziyə malikdir. Dünya brilyant istehsalının 19%-i bu ölkənin payına düşür.

 2. Botsvana

 Konqodan sonra brilyantla zəngin olan Afrika ölkəsi Botsvanadır. Ölkənin brilyant mədənlərinin 50%-i hökumətin əlindədir. Mədən sənayesi ölkə milli gəlirinin 40%-ni təşkil edir. Ümumdünya brilyant istehsalında isə 20%-lik pay Botsvanaya məxsusdur.

1.Rusiya

Nəhayət 1-ci yeri hər hansı bir Afrika ölkəsi deyil məhz Rusiya qazanır. Bu nəticə təəccüblü gələ bilər çünki kifayət qədər uzun bir müddətdə Afrika ölkələri brilyant istehsalında 1-cilik qazanıb. Rusiya əlverişli coğrafi xüsusiyyətlərə və təbii sərvətlərə xüsusən də bol neftə malik olan bir ölkədir. Ölkə iqtisadiyyatının belə güclü olmasını yalnız neft və qaz istehsalına deyil, həmçinin brilyant istehsalına da borcludur. Rusiya dünyada brilyant istehsalının 22%-nə sahibdir.