Əmlakın sığortası üzrə ödənişlər kəskin artıb | Banco.az

Əmlakın sığortası üzrə ödənişlər kəskin artıb

Azərbaycan vətəndaşları daşınmaz əmlakın sığortasından daha çox faydalanmağa başlayıblar.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda daşınmaz əmlakın könüllü sığortası üzrə 26,8 milyon manat sığorta haqqı toplanılıb. Bu sığorta növü üzrə ödənişlər isə 7,1 milyon təşkil edib. Başqa sözlə, sığorta şirkətləri daşınmaz əmlakın könüllü sığortasından topladıqları hər 100 manatın 26,4 manatını müştərilərinə geri qaytarıb.

Bu ötən ilin göstəricisindən bir neçə dəfə artıqdır. Belə ki, ötən il daşınmaz əmlakın könüllü sığortası üzrə 37,5 milyon manat yığıldığı halda cəmi 2,5 milyon manat ödəniş edilmişdi. Başqa sözlə ötən il yığılan hər 100 manat sığorta haqqına görə, cəmi 6,7 manat sığorta ödənişi verilmişdi.

Daşınmaz əmlakın könüllü sığortası üzrə yığım və ödənişlər

Dövr

Yığım, manat

Ödəniş, Manat

Hər 100 manat sığorta haqqına düşən ödəniş

Yanvar-oktyabr 2013

37,5 mln.

2,5 mln.

6,7 manat

Yanvar-oktyabr 2014

26,8 mln.

7,1 mln.

26,4 manat

Ən sərfəli kredit üçün müraciət et

Daşınmaz əmlakın icbari sığortasında isə vəziyyət ciddi dəyişməyib. Bu ilin 10 ayında əmlakın icbari sığortası üzrə 14,8 milyon manat yığılıb, bunun 1,7 milyon manatı ödənişə yönəldilib. Başqa sözlə, toplanmış hər 100 manat sığorta haqqının 11,5 manatı ödənişə sərf edilib.

Ötən ilin eyni dövründə isə 11 milyon sığorta haqqı müqabilində 1,25 milyon manat ödəniş edilmişdi. Yəni ödəniş-yığım nisbəti təqribən elə bu ilki səviyyədə - 11,4% olmuşdu.

Daşınmaz əmlakın icbari sığortası üzrə yığım və ödənişlər

Dövr

Yığım, manat

     Ödəniş, Manat

Hər 100 manat sığorta haqqına düşən ödəniş

Yanvar-oktyabr 2013

11,0 mln.

1,25 mln.

11,4 manat

Yanvar-oktyabr 2014

14,8 mln.

1,7 mln.

11,5 manat

Fins.az