Əməkdaşlar iş saatlarında əlavə məşğuliyyətə vaxt ayıra bilərmi? | Banco.az

Əməkdaşlar iş saatlarında əlavə məşğuliyyətə vaxt ayıra bilərmi?

Tədqiqatlar göstərir ki, biznes sahibləri əməkdaşların praktik olaraq iş yerində şəxsi məsələlərlə məşğul olmasına əhəmiyyət vermirlər. Belə bir yanaşma düzgün imiş.

Aydındır ki, işçilərinizə gördükləri iş müqabilində maaş ödəyirsiniz. Əlbəttə, onların da siz kimi ofisdən kənarda çox məşğul olduqlarını başa düşürsünüz və bütün sifarişləri yerinə yetirmək, alınan bütün mesajlara cavab vermək, banka getmək və həmçinin övladlarının iştirak etdikləri tədbirlərə çatmaq üçün zamanla yarışdıqlarını anlayırsınız. Ancaq iş günü ərzində komanda üzvlərinizdən birinin şəxsi işlərlə məşğul olduğunu görsəniz, bu yenə də sizi qıcıqlandıracaq, elə deyilmi?

Həmçinin oxu: İl sonunda yığılıb qalan işləri daha tez necə həll etmək olar?

“Knowledge Wharton Today” (“Wharton School of Business”in veb saytı) paylaşdığı məlumata görə, bu, düz deyil. Bu nəşr müəssisə sahiblərini və menecerləri bu cür vəziyyətlərə münasibətlərini yenidən nəzərdən keçirməyə çağırır. Niyə? Saytın izahatına nəzər yetirin:

“ABŞ, İngiltərə, Almaniya, Fransa və İrlandiyadan olan minlərlə işçi və işəgötürən arasında aparılan bir araşdırma nəticəsində bir çox menecerin öz işçilərinin iş vaxtlarını necə bölüşdürdükləri və istifadə etdikləri mövzusunda daha loyal olduqları ortaya çıxdı. Son araşdırmaya görə, rəhbərlər bilirlər ki, bir çoxları işlərini yekunlaşdırmaq üçün işdən sonra qalır”.

Dərrakəli müdirlər başa düşür ki, iş – sizin etdiyinizdir, iş yeri və ya saatlar deyil. “İnternetin olmadığı dövrdə istehsal iqtisadiyyatında fiziki mövcudluq vacib idi”, – professor Styuart Fridman izah edir, – “Əmək fəaliyyətinin təşkili sistemi əsas göstərici olaraq zamanın ətrafında yaradılmışdı”. Ancaq bu gün zaman fərqli rol oynayır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: İş yerindən ayrılmadan şəxsi bacarıqları necə inkişaf etdirmək olar?

Pərakəndə ticarətlə məşğul olan şəxsin bütün gün iş yerində olması vacibdir. Məhsuldarlığın göstərilən səylər və ya şəxsi kontaktlarla deyil, ağılın keyfiyyəti ilə ölçüldüyü informasiya biznesi ilə məşğul olursunuzsa, işçiləriniz iş gününün ortasında misalçün banka getsə, bunda pis bir şey yoxdur.

“The Chief Happiness Officer” bloqu məhsuldarlığın vaxta görə ölçülməsinin sənaye dövrünün qalığı olduğunu izah edir. Yəni, istehsal xəttində nə qədər dayansan, bir o qədər çox məhsul istehsal edirsən. Hal-hazırda, informasiya iqtisadiyyatı əsrində ilham daha dəyərlidir, odur ki, yeni fəaliyyət qaydaları tətbiq olunur. Daha çox saatın daha çox nəticəyə bərabər olmadığını və işçinin verdiyi töhfənin zamanla dəyişdiyini (və bu, normaldır) iddia edirlər. Məhsuldarlığa gəlincə, bu birbaşa işçilərin xoşbəxtliyindən asılıdır.

Həmçinin oxu: Əməkdaşlarına ən çox qayğı göstərən şirkətlər

İşçilər iş qrafikini sərbəst idarə edə bilsələr, əmək məhsuldarlığı onqat artacaq. Fridman deyir: “Fikriniz həyatınızın digər aspektlərinin ehtiyaclarının yanında qalıbsa, psixoloji cəhətdən iş

yerində olmaq çətindir”. O həmçinin qeyd edir: “Şirkət üçün dəyərli nəticələr əldə edə bildiyiniz müddətcə rəhbərlik iş vaxtı şəxsi məsələlərinizə zaman ayırmağınıza etiraz etməyəcəkdir”.

Nigar Umaxanlı, Finco.az